Ukrayna Silahlı Qüvvələri iki istiqamətdə əks-hücuma keçdi

16:12 - 05 May 2022

Ukrayna Silahlı Qüvvələri iki istiqamətdə əks-hücuma keçdi

Ukrayna Silahlı Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

 

Manset.az UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqramda bildirib.

O, amerikalı həmkarı general Mark Millini ilə cəbhədəki münaqişəni müzakirə etdiyini bildirib.

Həmçinin Zalujni Rusiyanın öz qüvvələrini Luqansk istiqamətində cəmlədiyini, xüsusilə Popasna, Kreminna, Torske rayonlarında şiddətli döyüşlərin getdiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az