Bu ölkə Aİ-nin “Rusiyaya qarşı neft sanksiyaları” təklifinə veto qoyacaq

13:15 - 06 May 2022

Bu ölkə Aİ-nin “Rusiyaya qarşı neft sanksiyaları” təklifinə veto qoyacaq

Macarıstan Aİ-nin “Rusiyaya qarşı neft sanksiyaları” təklifinə veto qoyacaq.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı Komissiyasının Rusiyadan neft idxalına qadağa qoyulması təklifini dəstəkləməyəcəklərini bəyan edib.

Macarıstanda liman olmadığı üçün neftin hazırda ölkəyə yalnız borularla və Rusiyadan gəldiyini ifadə edən Orban, "Neft embarqosu qəbul edilərsə, bu, Macarıstan iqtisadiyyatına atom bombası atılması anlamına gələcək" deyib. 

Orban neftin Rusiya əvəzinə başqa ölkədən alınmasının Macarıstan üçün çox baha başa gəldiyini və 5 illik keçid dövrü tələb etdiyini, hökumətin bu problem həll olunana qədər veto hüququndan istifadə edəcəyini bildirib.

Sanksiyaların tətbiqinin tərəfdarı olmasa da, Macarıstanın Rusiya-Ukrayna müharibəsinə görə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəklədiyini vurğulayan Orban, enerji sanksiyalarının ölkəsi üçün qırmızı xətt olduğunu və bunu qəbul etməyəcəklərini bəyan edib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az