“Rusiya mayın 9-u Ukraynaya müharibə elan edəcək” - Denis Şmiqal

15:06 - 06 May 2022

“Rusiya mayın 9-u Ukraynaya müharibə elan edəcək” - Denis Şmiqal

“Rusiya mayın 9-u Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”.

 

Manset.az “Strana”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal deyib.

O bildirib ki, tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiyanın mayın 9-da belə bir addım atmaq niyyəti var.

Qeyd edək ki, son günlər Rusiya Prezidenti Vladimir Putinin mayın 9-u Ukrayna ilə bağlı hər hansı strateji qərarlar verəcəyi fəal olaraq müzakirə olunur. Ukrayna kəşfiyyatı belə hesab edir ki, Rusiya mayın 9-dan səfərbərliyə başlamağa hazırlaşır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az