BMT son bir həftə ərzində Mariupoldan 500-ə yaxın insanı təxliyə ETDİ

19:40 - 06 May 2022

BMT son bir həftə ərzində Mariupoldan 500-ə yaxın insanı təxliyə ETDİ

Birləşmiş Millətlər Təşkilatının (BMT) iki maşın təxliyə karvanı mayın 1-i, 2-si və 4-də Mariupol bölgəsindən və onun ətrafından, o cümlədən “Azovstal zavodundan 500-ə yaxın insanı təxliyə edib.

Manşet.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin tviterdə yaydığı məlumatda deyilir.

“Birgə əməliyyat nəticəsində iki maşın karvanı “Azovstal” zavodundan, Mariupoldan və ətraf ərazilərdən 500-ə yaxın insanı uğurla təxliyə edib. Mülki şəxslərin təhlükəsiz çıxışını təmin etmək üçün Moskva və Kiyevlə əlavə humanitar fasilələrlə bağlı koordinasiyanın davam etdiriləcəyinə ümid edirəm”, - A.Quterriş yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az