SON DƏQİQƏ: 500 kiloqram kokain daşıyan helikopter qəzaya uğradı

20:14 - 06 May 2022

SON DƏQİQƏ: 500 kiloqram kokain daşıyan helikopter qəzaya uğradı

Boliviyanın Santa Kruz departamentində içərisində 500 kiloqram kokain olan helikopter qəzaya uğrayıb.

Manşet.az xəbər verir ki, bu barədə “Pagina Siete” yazıb.

“Helikopter Santa Kruz departamentinin San İqnasio de Velasko bölgəsində qəzaya uğrayıb. Təyinat yeri çox güman ki, Braziliya idi”, - portal qeyd edir.

Hadisə zamanı iki ekipaj üzvü yaralanaraq xəstəxanaya çatdırılıb. Baş Prokurorluq onların hər ikisini həbs edib.
Faktla bağlı araşdırma aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az