Türkiyəli müğənni Alişanda da Azərbaycana başsağlığı verən məşhurlar sırasında yer alıb.
Manset.az xəbər verir ki, sənətçi ötən gün erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində ordumuza qarşı törədtdiyi təxribatı qətiyyətlə pisləyərək öz etirazını bildirib:
"Ağıllanmırlar və ağıllanmayacaqlar. Sülhü və atəşkəsi fürsət bilib yenə şərəfsizcə hücum ediblər. Artıqlaması ilə cavab verilir, veriləcək də...".
Xatırladaq ki, müğənnilər Demet Akalın, Özcan Deniz və Hadise də həmkarları Alişan kimi paylaşımları ilə Azərbaycana dəstək olub, baş sağlığı veriblər.
