ABŞ-dən Putinin yaxını olan bəzi şəxslərə viza veriləcəyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Lavrov və nümayəndə heyətinin bəzi adlarına viza verildiyini açıqlayıb:
“Xarici işlər naziri Sergey Lavrov dünən viza alıb, yəni onun vizası pasporta yapışdırılıb. Lakin nümayəndə heyətinin bəzi üzvləri hələ də viza almayıb. İkinci qrup da var. Tərcüməçilər, ekspertlər, nümayəndə heyətinin işinə texniki dəstək olanlar arasında viza ala bilməyənlər də var”.