Pullarını çıxara bilməyən insanlar banka basqın etdilər

17:28 - 14 Sentyabr 2022

Pullarını çıxara bilməyən insanlar banka basqın etdilər

2019-cu ildən etibarən Livanda valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün bütün xarici valyuta depozit hesabları dondurulub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Livan Mərkəzi Bankı 2021-ci ilin noyabrında elan edib ki, vətəndaşlar pullarını məhdud və hökumət tərəfindən müəyyən edilmiş məzənnə ilə çıxara bilərlər.

Paytaxt Beyrutda onlarla bank qurbanı toplaşaraq, pullarının olduğu özəl bankın qarşısında etiraz aksiyası keçirib.

3 ildir əmanət hesabları dövlət tərəfindən dondurulan bəzi vətəndaşlar aksiya keçirdikləri banka basqın ediblər.

Banka daxil olan nümayişçilər kassirlərdən bir qədər pul götürdükdən sonra hadisə yerini tərk ediblər. Bank və ətrafı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az