Almaniya kansleri Olaf Şolz Rusiya lideri Putinlə 90 dəqiqəlik telefon danışığının təfərrüatlarını ictimaiyyətlə bölüşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putini sülhə çağıran Şolz Rusiya liderinin cavabını açıqlayıb.
Almaniya kansleri deyib ki, o, Putini qoşunlarını çıxarmağa və Kiyevlə danışıqları bərpa etməyə çağırıb.
Şolz həmçinin vurğulayıb ki, Rusiya qoşunları “bölgədə sülh şansı əldə etmək üçün” Ukraynanı tərk etməlidir.
O, təəssüflə Putinin işğalla bağlı mövqeyini dəyişmədiyini bildirib.