Ermənistan parlamentində dava düşdü: "Paşinyanı yox, ölkənizi müdafiə edin" - VİDEO

12:34 - 15 Sentyabr 2022

Ermənistan parlamentində dava düşdü: \"Paşinyanı yox, ölkənizi müdafiə edin\" - VİDEO

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deputatlar arasında şifahi qarşıdurmadan sonra fasilə elan etmək məcburiyyətində qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Erməni deputatlar arasında qarşıdurmaya səbəb “Hayastan” blokunun deputatı Qeqam Manukyanın çıxışı olub. Belə ki, o, deputat həmkarlarını Paşinyanı deyil, Ermənistanı xilas etməyə çağırıb. Ardınca baş naziri "satqın" adlandırıb.

Bundan sonra hakim partiyanın deputatları Qeqam Manukyana etiraz etməyə başlayıblar. Nəticədə deputatlar arasında qarşıdurma baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az