Rusiya raketləri Ukraynanın cənubundakı Krivoy Roq şəhərindəki bəndə düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bələdiyyə sədri Oleksandr Vilkul bildirib ki, şəhərin iki rayonunda 22 küçə su basmaq təhlükəsi ilə üzləşib.
Vilkul bəzi sakinlərə ərazini boşaltmalı olduqlarını deyib.
Səlahiyyətlilər, keçidlərdən saniyədə 100 kubmetr suyun axdığını və “İnhulets” çayında suyun səviyyəsinin təhlükəli şəkildə yüksəldiyini bildirib.