“İsrail şəhərlərini viran edəcək modern PUA-mız var“ - İranlı general

14:53 - 15 Sentyabr 2022

“İsrail şəhərlərini viran edəcək modern PUA-mız var“ - İranlı general

"İran İsraillə hərbi qarşıdurma zamanı Tel-Əviv və Hayfa sahil şəhərlərini vurmaq üçün nəzərdə tutulmuş qabaqcıl pilotsuz uçuş aparatına malikdir".

 

Manset.az Hurriyyet.az-a istinadən xəbər verir ki, bunu İran quru qoşunlarının komandanı general Kəyumərs Heydəri deyib.

O qeyd edib ki, əvvəllər təqdim edilmiş “Arash-1”in daha yeni versiyası olan “Arash-2” PUA-sı unikal xüsusiyyətlərə və imkanlara malikdir və onun təyin olunmuş hədəfi vurub məhv etməzdən əvvəl məlumatı uğurla qəbul edə bilir.

“Dron xüsusi olaraq Hayfa və Təl-Əvivi hədəf almaq üçün hazırlanıb”, - deyən general PUA-nı “müqayisə edilməyən quş” adlandırıb.

Heydəri əlavə edib ki, o, artıq İran ordusunda xidmətə götürülüb və onun imkanları gələcək hərbi təlimlərdə nümayiş etdiriləcək.

“Arash-1” pilotsuz uçuş aparatı ilk dəfə 2019-cu ilin yanvarında İran ordusunun təlimi zamanı ölkənin cənub-şərqindəki Makran sahilində quraşdırılmış insan daşına bilən buraxılış qurğusundan buraxılan radardan yayınan kamikadze PUA-dır.

O, İranın mərkəzi Semnan əyalətində təyin olunmuş hədəfi vurana qədər 1400 kilometrdən çox uçub. "Arash-1"-in uzunluğu təxminən 4,5 metr, qanadlarının açıqlığının isə 3,5 ilə 4 metr arasında olduğu təxmin edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az