Nensi Pelosi Ermənistana səfər edəcək

22:02 - 15 Sentyabr 2022

Nensi Pelosi Ermənistana səfər edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftəsonu Ermənistana səfər edəcək.

Manset.az xəbər verir ki, bu barədə cümə axşamı Amerikanın “Politico” qəzeti məlumat yayıb.

Pelosinin İrəvanda baş nazir Nikol Paşinyan, eləcə də digər respublika rəsmiləri ilə görüşü gözlənilir.

Nəşrin məlumatına görə, Nümayəndələr Palatasının erməni əsilli üzvü Ceksi Spir də (demokrat, Kaliforniya ştatından) Pelosi ilə birlikdə səfərə yollanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az