İtaliyanın şərqindəki Marçe bölgəsində yağan güclü yağış daşqınlara səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğınsöndürmə qrupları Ostrada 4, Trekastelli, Barbara və Bettolelledə hər birində bir olmaqla ümumilikdə 7 nəfərin cəsədini aşkar ediblər.
Barbara qəsəbəsində seldə itən biri uşaq olmaqla 3 nəfərin axtarışları davam edir.