Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci iclasındakı çıxışında bildirib ki, son vaxtlar dünya siyasətində və iqtisadiyyatında əsaslı transformasiyalar baş verib və bunlar geriyə dönülməz dəyişikliklərdir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya prezidenti çıxışında Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyini Rusiya gübrələrinin inkişaf etməkdə olan ölkələrə çatması üçün Avropa Komissiyasını Rusiya gübrələrinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa razı salmağa çağırıb.
O, “Biz Avropa limanlarında saxlanılan 300 min ton Rusiya gübrəsini inkişaf etməkdə olan ölkələrə təmənnasız tədarük etməyə hazırıq” deyib.