Ermənistanda səfərbərlik elan ediləcək? - Paşinyan açıqladı

14:21 - 16 Sentyabr 2022

Ermənistanda səfərbərlik elan ediləcək? - Paşinyan açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində səfərbərlik elan edilməsinə ehtiyac olmadığını deyib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o bu barədə hökumətin bu gün keçirilən iclasında bildirib.

Paşinyan çıxışına belə davam edib:

"Vəziyyət gərgin olaraq qalır və biz Ermənistanda hərbi vəziyyətin tətbiqinin məqsədəuyğunluğunu təhlükəsizlik şurası formatında müzakirə etdik. Qərara gəldik ki, buna ehtiyac yoxdur. Orduya cəlb olunmaq istəyənlər varsa, adi prosedurla könüllülük əsasında hərbi komissarlıqlara müraciət edə bilərlər". 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az