Ərdoğan-Putin görüşü BAŞLADI

18:06 - 16 Sentyabr 2022

Ərdoğan-Putin görüşü BAŞLADI

Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Manset.az xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində Səmərqənddə baş tutub.

Ərdoğan və Putin ikitərəfli əlaqələri, eyni zamanda regional məsələləri müzakirə edəcəklər.

Türkiyə və Rusiya liderlərinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki son gərginliyi də müzakirə edəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az