Bekhem Elizabethin tabutunu görmək üçün 13 saat növbə gözlədi

20:54 - 16 Sentyabr 2022

Bekhem Elizabethin tabutunu görmək üçün 13 saat növbə gözlədi

İngiltərənin keçmiş futbol kapitanı David Beckham, Kraliça II. Elizabetin tabutunun yanından keçmək üçün Londonda böyük növbələrə qoşulub.

Manset.az xəbər verir ki, keçmiş Mançester Yunayted və Real Madrid yarımmüdafiəçisi və Amerika Böyük Futbol Liqası İnter Mayami komandasının hazırkı sahibi, növbəyə saat 2.15-də (0115 GMT) qoşulduğunu söyləyib. 

47 yaşlı Bekhem ehtiramını bildirmək üçün növbəyə dayanarkən tünd rəngli sadə papaq, kostyum və qalstukda görüntülənib.

"Hamımız burada birlikdə olmaq istəyirik, kraliçamızın heyrətamiz həyatını qeyd etdiyimiz bir şey yaşamaq istəyirik. Bu gün belə bir şey birlikdə paylaşılmalıdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az