Çin şirkəti “uğursuz” telefon nömrələri olan şəxsləri işə götürmür

23:32 - 16 Sentyabr 2022

Çin şirkəti “uğursuz” telefon nömrələri olan şəxsləri işə götürmür

Çində bir şirkət telefon nömrələrinin sonu “5” rəqəmi ilə bitən insanları işə götürməkdən imtina edir.

Manset.az xəbər verir ki, söhbət Quandun əyalətindən olan şirkətdən gedir.

Şirkət rəhbəri göstəriş verib ki, telefon nömrəsi “5”lə bitən şəxslər işə götürülməsin. O, bunun uğursuz rəqəm olduğunu və ona problemlər gətirəcəyini düşünür.

Astrologiya və numerologiya üzrə ixtisaslaşan yerli bloqerlərdən biri izah edib ki, qəribə iş şərtləri çox güman ki, qədim Çin mətnlərinə əsaslanır. Belə ki, ölkədəki şirkət rəhbərləri arasında da mövhumatçılar az deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az