Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə Ermənistannın Azərbaycana qarşı hərbi təxribatı, İran hökumətinin Ermənistanı dəstəkləməsinə qarşı kütləvi aksiya keçirilib.
Manset.az turkustan.az-a istinadən xəbər verir ki, aksiyaçılar düşmənin başını əzən Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər.
Həmçinin, İran rəhbərlərinin son günlər Ermənistanı açıq dəstəkləməsi, Azərbaycana qarşı savaşan, Azərbaycan həbrçilərini şəhid edən Ermənistanı PUA-larla təchiz etməsinə qarşı çıxışlar olub. Aksiyaçılar etirazlarını bu şüarla səsləndiriblər: "Erməni cinayət eləyir, İran himayət eləyir", "Yaşasın Azərbaycan".
Aksiyadan çəkilmiş videonu təqdim edirik: