Ukrayna hərbçiləri bu şəhəri də azad etdi

08:47 - 17 Sentyabr 2022

Ukrayna hərbçiləri bu şəhəri də azad etdi

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb.

Manset.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə KRAKEN (Ukraynanın könüllü hərbi birliyi, 24 fevral 2022-ci ildə, Rusiyanın Ukraynanya hücum etdiyi gün yaradılıb-red) hərbi bölməsinin komandiri Sergey Veliçko bildirib.

"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi", - Veliçko qeyd edib.

S.Veliçko əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.

Qeyd edək ki, şəhərin bir qisminin azad olunması barədə ilk məlumat sentyabrın 10-da yayılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az