Avtomobil körpüsü PARTLADILDI

22:52 - 17 Sentyabr 2022

Avtomobil körpüsü PARTLADILDI

Qırğızıstanın Batken vilayətində tacik hərbçiləri 36 metrlik avtomobil körpüsünü partladıblar.

Manset.az xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Kök-Taş-Aksay-Tamdıq avtomobil yolunun 7-ci km-də, Daça-Çayxana yolunun hissəsində Tacikistan hərbçiləri tərəfindən 36 metrlik körpü uçurulub", - məlumatda deyilir.

Mətbuat xidməti körpünün Ak-Suu çayının sahillərini birləşdirdiyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az