Kanal D-nin qış mövsümü üçün çəkilən yeni serialı "Səndən Önce"nin heyətinə yeni aktrisa daxil olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ekran işində tanınmış aktrisa Sinem Ünsal rol alacaq. O, layihədə "Merve" obrazına həyat verəcək.
Daha əvvəl bu rol aktrisa Melis Sezenə həvalə edilsə də, o layihədən imtina edib. Serialın digər baş rolunu Alp Navruz və Nilperi Şahinkaya canlandıracaq.


Əfsanə
Manşet.az