Bu ölkədə keçmiş xarici işlər naziri qaçırıldı

08:12 - 28 Dekabr 2023

Bu ölkədə keçmiş xarici işlər naziri qaçırıldı

Burkina-Fasonun keçmiş xarici işlər naziri Ablasse Uedraoqo qaçırılıb.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Franss Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, 70 yaşlı siyasətçi dekabrın 24-də axşam saatlarında özünü milli polisin üzvləri kimi təqdim edən şəxslər tərəfindən evindən qaçırılıb.

Qeyd edək ki, Uedraoqo müxalifətin üzvüdür və 2022-ci il sentyabrın sonunda dövlət çevrilişindən sonra hakimiyyətə gələn İbrahim Traore hökumətinin əleyhinə çıxışlar edirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az