Ağstafada baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib.
Manset.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2011-ci il təvəllüdlü N. Nağıyev həyatını itirib. 2011-ci il təvəllüdlü K. Əhmədov isə müxtəlif bədən xəsarətləri alıb. Onun müalicəsi xəstəxanada davam etdirilir.
İlkin məlumata görə, qəza hərəkətdə olan kvadrosikl ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib. Ölən və xəsarət alan şəxslər kvadrosikldə olublar.
Faktla bağlı araşdırma aparılır.
21:21
Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər xəstəxanaya çatdırılıb.
Onlardan biri həyatını itirib, digərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.