Gəncədə yol qəzası baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 1991-ci il təvəllüdlü İ. Əliyev və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır