logo
logo logo
logo

Bərdədə 4 otaqlı ev yandı - Yeni evlənənlərin cehizləri kül oldu

14:18 - 29 Noyabr 2026

Bərdədə 4 otaqlı ev yandı - Yeni evlənənlərin cehizləri kül oldu

Bərdə rayonunda fərdi yaşayış evində yanğın baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov Ziyad Cullu oğluna məxsus 4 otaqlı fərdi yaşayış evində baş verən yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb.

Məlumata görə, ev sahibinin övladı yeni ailə həyatı qurmuşdu və bütün cehizlər də yanğın zamanı yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Yanğının başvermə səbəbi müəyyənləşdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az