Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Əsədov Elçin Şahin oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.