İspaniya La Liqasının 35-ci turunda “Atletiko Madrid” öz meydanında “Real Sosyedad”ı qəbul edib. Madrid təmsilçisi matçdan 4:0 hesablı qələbə ilə ayrılıb.
Manset.az-ın məlumatına görə, oyun Aleksandr Şörlotun tarixi performansı ilə yadda qalıb.
29 yaşlı Norveçli hücumçu matçın 7, 10 və 11-ci dəqiqəsində vurduğu qollarla cəmi 3 dəqiqə 57 saniyəyə het-trik etdib. Bu nəticə ilə Şörlot La Liqa tarixindən ən sürətli het-trikə imza atan olub.