Yüzlərlə türk futbolçu karyerasını yekunlaşdırdı - Sərt qərar

08:30 - 21 May 2025

Yüzlərlə türk futbolçu karyerasını yekunlaşdırdı - Sərt qərar

Türkiyə Peşəkar Futbolçular Birliyi və 3-cü Liqada çıxış edən futbolçular Türkiyə Futbol Federasiyasının önündə etiraz aksiyası keçirib.


Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, aksiyaya 250 futbolçu qoşulub. Aksiya iştirakçıları federasiyanın hər klub üçün 25 yaşdan yuxarı cəmi beş futbolçuya lisenziya verməsi barədə qərarına etiraz ediblər. Futbol Federasiyası 3 aksiya iştirakçısı ilə görüşərək müzakirə aparıb. Lakin tərəflər razılığa gələ bilməyiblər. Aksiya iştirakçıları qərarın tamamilə ləğv edilməsini tələb ediblər. Onlar bildiriblər ki, dünyanın 5 böyük liqasının aşağı liqalarında belə bir qayda yoxdur.

Məlumata görə, Futbol Federasiyasının qərarı mindən çox futbolçunun karyerasını bitirməsinə səbəb olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv