“Qalatasaray” klubunun prezidenti Dursun Özbek Kemerburgaz Təsislərində təşkil olunan tədbirdə bir sıra açıqlamalar verib. Klub prezidenti açıqlamasında Osimhen və Musleranın komandada qalıb və ya gedəcəyi məsələsinədə toxunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, Musleranın gedişi gündəmdədir:
“Muslera doğma şəhərinə qayıtmaq istəyir. Mən onunla qalması üçün danışdım, amma getməkdə israrlıdır. Biz onu saxlammağa çalışacağıq”.
Azarkeşlərin "Qalatasaray"da görmək istədiyi nigeriyalı hücumçu Viktor Osimhenlə bağlı da danışan Özbek, qərarın oyunçunun özündə olduğunu bildirib:
“Azarkeşlərimizin Osimheni nə qədər sevdiyi aydındır. Onun “Qalatasaray”a aidiyyət hissi yüksəkdir. Lakin o hələ gənc futbolçudur və əsas qərar onun olacaq. Biz bu məsələdə hər kəsin qərarına hörmətlə yanaşacağıq”.