"Real Madrid"in yeni transferində 500 milyon DETALI

11:29 - 21 May 2025

\"Real Madrid\"in yeni transferində 500 milyon DETALI

İspaniyanın nəhəng klubu “Real Madrid” müdafiəçi Dean Huijsenin transferini rəsmiləşdirib. Klub 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.


Manset.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Gənc müdafiəçinin müqaviləsinə 500 milyon avro dəyərində sərbəstqalma maddəsi daxil edilib.

Dean Huijsenin transferi üçün “Real Madrid”in Bornmut klubuna təxminən 60 milyon avro ödədiyi bildirilir.

Cəmi 20 yaşı olan ispaniyalı müdafiəçi hazırda 42 milyon avro bazar dəyərinə malikdir və perspektivli futbolçu kimi diqqət mərkəzindədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv