Veteran cüdoçumuz qızıl medal qazandı - FOTO

22:35 - 22 May 2025

Veteran cüdoçumuz qızıl medal qazandı - FOTO

Azərbaycan cüdoçusu Fərhad Rəcəbli Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb.


Manset.az xəbər veirr ki, 90 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası bütün rəqiblərinə qalib gələrək 11-ci dəfə Avropa çempionu titulunu qazanıb.

M-8 yaş kateqoriyasında mübarizə aparan F.Rəcəbli finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Təmsilçimiz həmçinin 12 qat dünya çempionudur.

Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə birinciliyində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az