“Qalatasaray”ın transfer gündəmində olan nigeriyalı hücumçu Viktor Osimhenlə bağlı xoşagəlməz xəbər yayılıb.
Manset.az-ın məlumatına görə, Fransa mətbuatı yazır ki, bu mövsüm İstanbul təmsilçisinin ikiqat çempionluğunda mühüm rol oynayan Osimhen “sarı-qırmızılar”ın əsas transfer hədəfinə çevrilsə də, onun üçün ciddi rəqib ortaya çıxıb.
Belə ki, Səudiyyə Ərəbistanının superklubu Əl Hilal artıq ulduz futbolçu ilə təmasa keçib. Klubun Osimhenə olduqca yüksək maaş təklif etdiyi və nigeriyalını razı salmağa çox yaxın olduğu bildirilib.
Məlumata görə, Viktor Osimhen artıq Əl Hilalın təklifinə müsbət yanaşır və qərarını yaxın günlərdə verəcəyi gözlənilir.
Qeyd edək ki, “Qalatasaray” Osimhenin transfer qiymətini qarşılamaq istəsə də, Səudiyyə təmsilçisinin maliyyə imkanları ilə rəqabət aparmaq mümkün görünmür.