logo
logo logo
logo

Azərbaycan Premyer Liqası: "Şəfa" "İmişli"ni məğlub etdi

16:38 - 27 Noyabr 2026

Azərbaycan Premyer Liqası: \"Şəfa\" \"İmişli\"ni məğlub etdi

"Şəfa" Misli Premyer Liqasının XIII turunun açılış oyununda qələbə qazanıb.


Manset.az xəbər verir ki, paytaxt təmsilçisi səfərdə "İmişli"ni məğlub edib.

Yevlax şəhər stadionundakı qarşılaşma 3:1 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində 14 və 29-cu dəqiqələrdə Elnur Cəfərov, 55-ci dəqiqədə Musa Quel fərqləniblər. Meydan sahiblərindən 41-ci dəqiqədə Ronaldo de Souza adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 8-ə çatdıran "Şəfa" 11-ci pillədə qərarlaşıb. "İmişli" 12 xalla 8-ci yerdədir.

Günün ikinci görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək.

Xatıradaq ki, Azərbaycan Premyer Liqasında XIII tura noyabrın 29-da yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az