Uruqvay milli komandasının keçmiş qapıçısı Fernando Muslera peşəkar futbol karyerasını başa vurmaq qərarına gəlib.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 40 yaşlı qapıçı “Copa Libertadores”in finalından sonra karyerasını yekunlaşdırıb.
Həlledici qarşılaşmada Musleranın çıxış etdiyi Argentina klubu “Estudiantes” Braziliya təmsilçisi “Palmeyras”a 0:1 hesabı ilə məğlub olub.
Uruqvaylı qapıçı karyerasının böyük hissəsini Türkiyə çempionatında keçirib. O, 2011-ci ildən 2025-ci ilə qədər İstanbulun “Qalatasaray” klubunda çıxış edərək, 14 il ərzində bu komandanın şərəfini qoruyub.
Bundan əlavə, təcrübəli qapıçı 2007-2011-ci illər aralığında İtaliya çempionatında, Roma təmsilçisi “Latsio”nun heyətində də çıxış edib.