Bakı Metropolitenində nə baş verir? BİABIRÇILIQ - FOTO/VİDEO

00:39 - 02 İyun 2025

Bakı Metropolitenində nə baş verir? BİABIRÇILIQ - FOTO/VİDEO

Bakı Metropolitenində qatarların hərəkətində gecikmələr olub – sərnişinlər platformalarda gözləməyə məcbur qalıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq şəhərdə keçirilən tədbirlərə görə metropolitendə sıxlıq yaşanıb. Axşam saatlarında metrodan istifadə edən sərnişinlər ciddi çətinliklərlə üzləşiblər.

Qatarlar arasında intervalın 10 dəqiqəyə qədər artması nəticəsində minlərlə sərnişin platformalarda sıxlıq şəraitində gözləməli olub. Gecə saat 00:00 radələrində isə stansiyalarda insanlar platformalardan çıxarılıb, qatarların hərəkəti tamamilə dayandırılıb.

Bakı Metropoliteni isə 1 iyun tarixində gözlənilən sərnişin sıxlığını nəzərə alaraq heç bir əlavə tədbir görməyib. Sərnişin axınının artacağı əvvəlcədən məlum olsa da, metropolitenin bu vəziyyətə hazır olmadığı aydın şəkildə üzə çıxıb.

Sözügedən görüntüləri təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv