Goranboy rayonunda məktəblinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə, hadisə zamanı azyaşlı yolu keçmək istədiyi vaxtda, svetoforun qırmızı işığında hərəkət edən avtomobil onu vurub.
Məlumata görə, avtomobili idarə edən qadın olub.
Yaralı uşaq dərhal Gəncə şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər qanaxmanı dayandırmağa nail olublar. Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir və o, təcili şəkildə Bakıdakı xəstəxanalardan birinə aparılır.
Faktla bağlı araşdırma aparılır.