Azərbaycan manatının dövretmə sürəti azalıb

14:32 - 31 Yanvar 2026

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.


Manset.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,18 bənd az, ötən il yanvarın 1-nə nisbətən isə 0,25 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az