Xalq artisti Yalçın Rzazadənin doğum günüdür 

13:15 - 31 Dekabr 2025

Xalq artisti Yalçın Rzazadənin doğum günüdür 

Bu gün Xalq artisti Yalçın Rzazadənin doğum günüdür.


Manset.az xatırladır ki, Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub.

Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun ötən əsrin 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.

Yalçın Rzazadə 1979-cu ildə "Əməkdar artist", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Bununla yanaşı 2 dəfə karate üzrə çempion olub.

Yalçın Rzazadə bir çox görkəmli bəstəkarlarımızın mahnılarının ilk və mahir ifaçısı olub.

Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal və pop musiqi kafedrasının müdiri idi.

Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az