Elşad Xose həbs edildi

13:22 - 08 Yanvar 2026

Elşad Xose həbs edildi

Məşhur reper Elşad Xose həbs edilib.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.

Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib.

Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az