MTV-nin yayımı buna görə dayandırılır - VİDEO

18:26 - 22 Fevral 2024

MTV-nin yayımı buna görə dayandırılır - VİDEO

Xəbər verdiyimiz kimi, aparıcı Tarix Əliyevin (Tolik) "Tarixin bir günü" verilişindəki çıxışına görə MTV kanalının yayımı 8 saatlıq dayandırılacaq.

 

Manset.az  xəbər verir ki, buna səbəb Tolikin proqramda məktəbli qızın yeniyetməni təhqir etdiyini əks etdirən videonu müzakirə etməsi olub.

Aparıcı efirdə "Valideynlər üzr istəməlidirlər, onlar uşağın yerinə utanmalıdırlar. Sən şüvəlanlıların adını necə batıra bilərsən. Şüvələndan minlərlə qeyrətli qadınlar, kişilər çıxıb. Kənd camaatı onun anasını, atasını çağırmalıdır ki, bu nə qızdır böyütmüsünüz. Şüvəlanı bu tərbiyəsizlə tanımaq lazım deyil" sözlərini işlədib.

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin