Bu balıqlar daha yüksək səs çıxardırlar

07:50 - 28 Fevral 2024

Bu balıqlar daha yüksək səs çıxardırlar

Adətən təbiətdə heyvan nə qədər böyükdürsə, səs-küy də bir o qədər yüksək olur. Suyun altında isə bu, bir qədər fərqlidir.

 

Manset.az  BBC telekanalına istinadla xəbər verir ki, almaniyalı alimlər laboratoriyadakı balıq akvariumundan gələn səsləri eşitdikdən sonra araşdırma aparmaq qərarına gəliblər. Tədqiqat nəticəsində məlum olub ki, həmin balıqlar 140 desibellik çəkic zərbəsinə bənzər səs çıxarır. Səsin səviyyəsi güllə atışına bərabərdir.

Uzunluğu 12 millimetr olan bu balıq növü ölçüsünə görə indiyədək aşkarlanan ən səs-küylü balıqdır. Alimlər onun su canlıları arasında ünsiyyət forması olduğuna düşünürlər.

Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin