Millimizin AVRO-2025-dəki rəqibləri bilindi

18:12 - 5 Mart 2024

Millimizin AVRO-2025-dəki rəqibləri bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində rəqibləri müəyyənləşib.

 

Manset.az  xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində yığmamız B Liqasının 1-ci qrupuna düşüb.

Baş məşqçi Siyasət Əsgərovun yetirmələri İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparacaq.

Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin