Məşhur selfi lənətli çıxdı

15:40 - 7 Mart 2024

Məşhur selfi lənətli çıxdı

2014-cü ildə Oskar mərasimində Ellen DeGeneresin paylaşdığı və dünyaca məşhur şəxslərin yer aldığı selfi “lənətə” çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünyada viral olan həmin fotodakı ulduzlar 10 ildir müxtəlif qalmaqallar, uğursuz layihələr və ya şəxsi həyatlarında yaşadıqları problemlərlə tez-tez gündəm olub.

19 illik proqramı bitdi: Ellen DeGeneresin illərlə davam edən proqramının pərdə arxası üzə çıxdı. Onun son dərəcə pis iş yeri yaratması və işçilərini sıxışdırması xəbəri ilə uzun müddətdir manşetlərdə yer aldı. 19 yaşlı "Ellen DeGeneres Show" 2022-ci ildə bitdi.

Cinsi istismar qalmaqalı: Kevin Spacey “MeToo” kampaniyası ilə başlayan ifşalardan öz payını aldı. Onun qurbanlarının çoxu ortaya çıxaraq sənətçini cinsi istismar, hətta təcavüz ittihamı ilə günahlandırdı.

Məşhur cütlük bir-birinə düşmən oldu: Hollivudun ən çox bəyənilən cütlüklərindən olan Bred Pitt və Ancelina Coli "Oskar selfi"sindən iki il sonra ayrıldılar. Məşhur cütlük nəinki ayıldı, hətta belə demək mümkünsə, qanlı-bıçaqlı düşmənə çevrildi.  

45 illik evlilik bitdi: Hollivudun ən uğurlu adlarından biri olan Meril Stripin 2017-ci ildən bəri 45 illik həyat yoldaşı Don Qummerdən ayrıldığı məlum oldu.

Oskar ala bilmədi: Bredli Kuper 2014-cü ildə ikinci dəfə Oskara namizəd oldu. Bu nominasiyadan sonra Kuper daha 10 dəfə Oskar mükafatına namizəd oldu və təəssüf ki, heç birində heykəlcik almadı.

Uğursuz layihələr: Dövrün ən diqqətçəkən adlarından biri olan Julia Roberts 2014-cü ildən bəri heç bir uğurlu layihədə iştirak edə bilməyib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin