Ağsuda qəza: Xəsarət alanlar var

23:14 - 21 Mart 2024

Ağsuda qəza: Xəsarət alanlar var

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, rayonun Qaraqaşlı kəndi ərazisində KIA markalı minil avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Murad Ağadur oğlu Abdullayev, 2005-ci il təvəllüdlü İnqilab Müşfiq oğlu Hüseynli və 2006-cı il təvəllüdlü Cavid  Mətləb oğlu Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin