Böyük Dəbilqə: Vüqar Talıbovdan ikinci gümüş

18:42 - 31 Mart 2024

Böyük Dəbilqə: Vüqar Talıbovdan ikinci gümüş

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub.

 

Manset.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç idmançısı qüvvəsini sınayıb.

Onlar 2 çəki dərəcəsində tatamiyə çıxıblar. Vüqar Talıbov (90 kq) finalda uduzub.

Böyük Dəbilqə
Kişilər
90 kq

Vüqar Talıbov mübarizəyə 1/32 finaldan çıxacaq. O, ilk görüşündə Aleksandr Sidorikə (AİN) qalib gəlib. Növbəti rəqib Teodois Tselidis (Yunanıstan) yarışa çıxmaqdan imtina etdiyi üçün Vüqar mübarizəsiz 1/8 finala yüksəlib. Talıbov bu mərhələdə BƏƏ-ni təmsil edən Aram Qriqoryandan güclü olub.

O, 1/4 finalda İvan Felipe Silva Moralesi (Kuba) də mübarizədən kənarlaşdırıb. Vüqar yarımfinalda Mihael Zqanka (Türkiyə) qalib gələrək, adını finala yazdırıb. Həlledici döyüşdə yaponiyalı Sanşiro Murao ilə güləşən Talıbov uduzaraq, gümüş medala sahib çıxıb.

+100 kq
Camal Qamzatxanov 1/32 finalda türkiyəli Recep Ergini mübarizədən kənarlaşdırıb. O, növbəti görüşdə niderlandlı Yelle Snippə qalib gəlib. Camal 1/8 finalda Şoxruxxon Baxtiyorova (Özbəkistan) məğlub olub.

Uşangi Kokaurinin isə 1/16 finalda Giannis Antonionu (Kipr) qalib gəlib. O, növbəti görüşdə Erik Abramova (Almaniya) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqədə bir gün öncə Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin