“Fənərbağça”da 2 aparıcı oyunçu komandanı tərk edəcək

16:18 - 10 Aprel 2024

“Fənərbağça”da 2 aparıcı oyunçu komandanı tərk edəcək

“Fənərbağça” klubunun rəsmiləri son zamanlarda baş verən hadisələrlə bağlı iclas keçiriblər.

 

Manset.az Sporx.com-a istinadən xəbər verir ki, klubun prezidenti Ali Koç, komandanın baş məşqçisi İsmail Kartalın və futbolçuların qatıldıqları iclasda Türkiyə Superkubokunun final oyununda baş verənlər müzakirəyə çıxarılıb.

Komandanın aparıcı futbolçularından sayılan Edin Dzeko və Mitçi Batşuayi  “Fənərbağça”nın 1-ci liqaya enəcəyi təqdirdə klubdan ayrılacaqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbağça” klubunu iki il müddətinə Türkiyə Superkubokundan uzaqlaşdırıb. Həmçinin, klubun aşağı liqaya göndərilməsi təhlükəsi də var.

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin