Azərbaycanlı atlet Dünya Kubokunda 3 gümüş medal qazandı

19:27 - 10 Aprel 2024

Azərbaycanlı atlet Dünya Kubokunda 3 gümüş medal qazandı

Azərbaycanın milli atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokunda 3 gümüş medal qazanıb.

 

Manset.az xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin