Azərbaycanda bu futbol klubunun prezidenti saxlanıldı

14:28 - 11 Aprel 2024

Azərbaycanda bu futbol klubunun prezidenti saxlanıldı

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Klubun mətbuat katibi Mübariz Süleymanlının açıqlamasına görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin